Polşa Rusiyanın kəşfiyyat təyyarəsinin qarşısını kəsdi

Polşa  Rusiyanın kəşfiyyat təyyarəsinin qarşısını kəsdi backend

Polşa Baltik dənizi üzərində Rusiyanın İl-20 kəşfiyyat təyyarəsinin qarşısını kəsdi.

Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamışın bəyanatına istinadən xəbər verir.

Rusiya təyyarəsi transponderi söndürülmüş vəziyyətdə uçuş həyata keçirib.

Polşa qırıcıları Baltik dənizi üzərində Rusiyanın "İl-20" kəşfiyyat təyyarəsinin qarşısını kəsib.

Təyyarə təsdiqlənmiş uçuş planı olmadan və transponderi söndürülmüş vəziyyətdə hərəkət edirmiş.

Hadisə günün birinci yarısında, Leba yaşayış məntəqəsindən təxminən 60 kilometr şimal-qərbdə baş verib. Kəşfiyyat təyyarəsinin qarşısını kəsmək üçün Polşanın növbətçi cüt qırıcı təyyarəsi havaya qaldırılıb. Polşa Müdafiə Nazirliyindən qeyd ediblər ki, Rusiya hərbi təyyarəsi ölkənin sərhədlərini pozmayıb.

"Hava məkanımız pozulmayıb. Təyyarə uçuş planı olmadan və transponderi söndürülmüş vəziyyətdə beynəlxalq hava məkanında uçuş həyata keçirirdi", - deyə Kosinyak-Kamış bildirib.

O əlavə edib ki, Polşa Silahlı Qüvvələri regiondakı vəziyyəti fasiləsiz olaraq izləyir və dövlət sərhədlərinin qorunması üçün bütün lazımi tədbirləri görür.


QAZİLER.AZ