Cənubi Koreyanın Yanşan şəhərində ölkənin meteoroloji müşahidələr tarixində rekord istilər qeydə alınıb.
Qaziler.az "izvestiya"ya istinadən bildirir ki, hava temperaturu +42,5 dərəcəyə yüksəlib və bu, Cənubi Koreyada müşahidələrin aparıldığı 1904-cü ildən bəri mütləq maksimum olub.
Bu barədə avqustun 3-də "Korea JoongAng Daily" nəşri məlumat yayıb. Nəşrdə qeyd olunur ki, "vəziyyətə regionda uzun müddət qalan rütubətli və isti Sakit okean antisiklonu təsir edib".
Regionda şiddətli istilərin artıq bir neçə gündür davam etdiyi dəqiqləşdirilir. Yanşanda temperatur ardıcıl beş gündür ki, +40 dərəcədən yuxarı qalmaqdadır. Qonşu rayonlarda isə göstəricilər +39 dərəcəyə çatıb.
Təhlükəli hava şəraiti səbəbindən Çonnam və Kyonnam əyalətlərində xəbərdarlıq elan edilib. Sinoptiklər yaxın günlərdə ekstremal istilərin Cənubi Koreyanın digər ərazilərinə də yayılacağını gözləyirlər.
QAZİLER.AZ

