Qara dənizdə Ukraynanın pilotsuz kateri məhv edilib

Qara dənizdə Ukraynanın pilotsuz kateri məhv edilib backend

Rusiya hərbçiləri Qara dəniz akvatoriyasında Ukrayna Silahlı Qüvvələrinə (USQ) məxsus pilotsuz kateri vurublar.

Qaziler.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

"Qara Dəniz Donanmasının dəniz aviasiyası qüvvələri tərəfindən USQ-nin pilotsuz kateri məhv edilib", — deyə idarədən bildirilib.

Nazirlikdən əlavə ediblər ki, növbətçi hava hücumundan müdafiə vasitələri ötən sutka ərzində Ukraynaya məxsus təyyarə tipli 651 pilotsuz uçuş aparatını (PUA) vurub. Bundan başqa, hərbçilər yeddi idarəolunan aviasiya bombasını və "HIMARS" reaktiv yaylım atəşi sistemlərindən atılan beş mərmini zərərsizləşdirməyə müvəffəq olublar. Sözügedən komplekslər Amerika Birləşmiş Ştatlarında istehsal olunur.

QAZİLER.AZ