Vaşinqton ştatının Spokan dairəsində tüğyan edən meşə yanğınları səbəbindən təxminən 60 min insan evlərini tərk etmək məcburiyyətində qalıb, alov artıq azı 600 tikilini məhv edib.
Qaziler.az xəbər verir ki, bu barədə "Associated Press" (AP) agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, ştatın böyüklüyünə görə ikinci şəhəri olan Spokan ətrafında tüğyan edən yanğın həftəsonu ərzində artıq 21 kvadratkilometrlik ərazini bürüyüb.
Vaşinqton qubernatoru Bob Ferqyuson ABŞ Prezidenti Donald Tramp ilə ştatdakı vəziyyəti müzakirə etdiyini və federal hakimiyyətdən təbii fəlakətlə mübarizədə dəstək istədiyini bildirib.
"Bir neçə dəqiqə əvvəl Prezident Tramp və daxili təhlükəsizlik naziri Markueyn Mallin ilə danışdım. Spokanda və bütövlükdə ştatda vəziyyətin nə qədər dəhşətli və dağıdıcı olduğunu ətraflı izah etdim. Prezident vəziyyətdən xəbərdardır və bu ağır vaxtda Vaşinqton ştatı sakinlərinin durumu ilə bağlı narahatlığını ifadə edib. Federal yardım üçün əlavə sorğular üzərində birgə işləyəcəyik", — deyə Ferqyuson "X" sosial şəbəkəsində yazıb.
QAZİLER.AZ

