İsrail həbsxanalarında timsahlardan istifadə layihəsi qadağan edildi

İsrail həbsxanalarında timsahlardan istifadə layihəsi  qadağan edildi backend

Qüds Dairə Məhkəməsi İsrailin milli təhlükəsizlik naziri Itamar Ben-Qvirə terrorizmdə təqsirli bilinənlərin saxlanıldığı həbsxanaların mühafizəsinə timsahları cəlb etməyi qadağan edib.

Qaziler.az xəbər verir ki, bu barədə "Jerusalem Post" qəzeti məlumat yayıb.

"Bazar günü Qüds dairə məhkəməsi Ben-Qvirə terrorçuların həbsxanalarda saxlanılması üçün timsahlardan istifadə etməyi qadağan edib", — deyə nəşrdə bildirilir.

Məhkəmə qərarı, təşəbbüsə qarşı çıxan "Let the Animals Live" heyvan hüquqları təşkilatının apellyasiya şikayətindən sonra verilib.

Qəzetin yazdığına görə, Ben-Qvir məhkəmənin qərarını tənqid edib və bunun hüquq sisteminin terrorçuları dəstəkləməsinin göstəricisi olduğunu, həmçinin onların qarşısının alınmasına yönəlmiş addımların reallaşdırılmasına mane olduğunu bəyan edib.

Nəşr onun bu sözlərini sitat gətirir: "Biz bilirik ki, terrorçular timsahların peyda olmasından qorxurlar, lakin bu gün məhkəmə onların köməyinə çatdı".

QAZİLER.AZ