İrandan Pakistanın vasitəçiliyi ilə bağlı BƏYANAT

İrandan Pakistanın vasitəçiliyi ilə bağlı  BƏYANAT backend

Tehran və Vaşinqton arasında təmasların həyata keçirilməsində yeganə vasitəçi Pakistan olaraq qalır, bu prosesdə yeni iştirakçılar yoxdur.

Qaziler.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Baqai bildirib.

"Pakistan, İran və ABŞ-yə aid olan bütün məsləhətləşmələrdə vasitəçidir. Qətər də ehtiyac yarandığı hallarda köməklik göstərir", - deyə o, brifinq zamanı qeyd edib.

Baqainin sözlərinə görə, Çin də daxil olmaqla bir sıra digər ölkələr də bəzən kömək edirlər, lakin bu prosesə yeni vasitəçilərin əlavə olunduğunu demək olmaz.

Qeyd edək ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı müharibəyə başlayıblar.

QAZİLER.AZ