İran Trampın daha bir bəyanatını təkzib etdi

İran Trampın daha bir bəyanatını  təkzib etdi backend

ABŞ Prezidenti Donald Trampın Vaşinqton və Tehranın danışıqlara başlayacağı barədə bəyanatı həqiqətə uyğun deyil.

Qaziler.az xəbər verir ki, TASS-ın verdiyi məlumata görə, bunu mətbuat konfransı zamanı İslam Respublikası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Baqai bildirib.

"Hazırda bizim ABŞ ilə heç bir danışıqlarımız yoxdur. İndi Omanla danışıqlar aparılır", — deyə iranlı diplomat bildirib.

O dəqiqləşdirib ki, İslam Respublikası və Oman Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyi ilə bağlı məsələləri müzakirə edirlər.

Ötən gün Amerika lideri ABŞ və İranın avqustun 3-də danışıqlar aparacağını elan edib. Ağ Ev rəhbərinin sözlərinə görə, Vaşinqton və Tehran guya Hörmüz boğazı üzrə razılıq əldə ediblər. Tramp həmçinin İslam Respublikasına qarşı kütləvi zərbə endirməkdən imtina etdiyini xatırladaraq, bu qərarı Qətər, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin xahişi ilə qəbul etdiyini izah edib.

QAZİLER.AZ