İranın əlində Ukrayna qoşunlarının Xəzər dənizi akvatoriyasında İslam Respublikasına məxsus gəmiyə etdiyi hücumun qəsdən törədildiyinə dair sübutlar var.
Qaziler.az TASS-a istinadla xəbər verir ki, bunu həftəlik brifinq zamanı İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Baqai bildirib.
Diplomat Kiyevin baş verənləri qəsdən törədilməmiş bir insident adlandırmasına diqqət çəkib.
"Lakin mövcud sübutlar hücumun qəsdən edildiyini göstərir", — deyə Baqai vurğulayıb.
Onun sözlərinə görə, İslam Respublikası Ukraynanın öz hərəkətlərinə görə cavab verməsi üçün bütün zəruri tədbirləri görmək niyyətindədir. Diplomat əlavə edib ki, Tehran bu cür hadisələrin bir daha təkrarlanmaması üçün addımlar atmağı planlaşdırır.
Qeyd edək ki, iyulun sonunda İran Xarici İşlər Nazirliyi Ukrayna Silahlı Qüvvələrinin Xəzər dənizində İslam Respublikasının ticarət gəmisinə zərbə endirdiyini bəyan etmişdi. Partlayış nəticəsində heyətin iki üzvü yaralanmış, bir nəfər isə həlak olmuşdu.
QAZİLER.AZ

