ABŞ və İran arasında razılaşma hələ də mümkündür - Tramp

ABŞ və İran arasında razılaşma hələ də mümkündür - Tramp backend

ABŞ Prezidenti Donald Tramp Vaşinqton və Tehran arasında hərbi gərginliyə baxmayaraq, razılaşmanın əldə olunmasının mümkün olduğunu bildirib.

Qaziler.az AZƏRTAC-a istinadla xəbər verir ki, Tramp bu barədə Merilend ştatındakı Kemp-Devid iqamətgahında jurnalistlərə açıqlamasında danışıb.

"Razılaşma əldə oluna bilər", – deyən ABŞ Prezidenti, eyni zamanda İran hakimiyyətinə etimadını itirdiyini, onların danışıqların gedişini təhrif etdiyini iddia edib.

Tramp, həmçinin İranın hərbi potensialının ciddi zərbə aldığını, Vaşinqtonun məqsədinin nəticə əldə etmək olduğunu vurğulayıb.