Makron miqrant böhranına görə İspaniyaya kömək vəd etdi

Makron miqrant böhranına görə İspaniyaya  kömək vəd etdi backend

Fransa prezidenti Emmanuel Makron Seutadakı vəziyyətlə əlaqədar İspaniyaya, o cümlədən Aİ-nin "Frontex" sərhəd agentliyi vasitəsilə kömək göstərməyə hazır olduğunu bəyan edib.

Qaziler.az xəbər verir ki, bu barədə "BFMTV" telekanalı məlumat yayıb.

Makron həmçinin vurğulayıb ki, Fransa İspaniya hakimiyyətinə ehtiyac duyacaqları təqdirdə, o cümlədən “Frontex” agentliyi vasitəsilə bütün zəruri dəstəyi verməyə hazırdır.

Bundan əlavə, iddialara görə, Fransa prezidenti hüquq-mühafizə orqanlarına İspaniya ilə sərhəddə nəzarəti gücləndirməyi tapşırıb.

Qeyd edək ki, bir sutka ərzində 50 minə yaxın miqrant Mərakeşdən İspaniyanın Seuta şəhərinin sərhədini yararaq keçib. Mərakeşlilər Şimali Afrikadan İspaniya anklavına piyada və ya dəniz yolu ilə daxil olub.

QAZİLER.AZ