İranın Fars Körfəzi Su Yolları İdarəetmə Təşkilatı (PGSA) Hörmüz boğazı vasitəsilə gəmilərin hərəkətinin tamamilə dayandırıldığını bəyan edib.
Qaziler.az bu barədə "Azad İran" teleqram kanalına istinadla xəbər verir.
"Çoxsaylı suallarla bağlı diqqətinizə çatdırırıq: ABŞ Silahlı Qüvvələrinin regionda davam edən "təcavüzkar" əməlləri səbəbindən Hörmüz boğazından keçid hazırda bağlıdır", — deyə məlumatda bildirilib.
Qeyd olunub ki, bütün müraciətlərə növbəli şəkildə baxılacaq və sabitlik və asayiş bərqərar olan kimi icazələr tədricən veriləcək.

