Serbiyanın paytaxtı Belqradda qazaxıstanlı qadın ölüb.
Qaziler.az bildirir ki, bu barədə Zakon.kz xəbər verir.
2026-cı il iyulun 31-də "Threads" şəbəkəsinin "diihwangg" nikli istifadəçisi ictimaiyyətin diqqətini cəlb etmək üçün baş vermiş faciə barədə post paylaşıb.
Onun sözlərinə görə, "qızı altıncı mərtəbədən atıblar". Həmçinin həlak olan qızın atasının da müraciəti yayılıb. Kişi istintaqla bağlı suallarının yarandığını bildirir və biganə qalmayan hər kəsdən kömək istəyir. Müəllif əlavə edib ki, hadisəyə "Vlad adlı gənc və ukraynalı qızların aidiyyatı var". "Burada qəribə nəsə baş verə bilər", – deyə o qeyd edib.
Qazaxıstan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən dəqiqləşdiriblər ki, Qazaxıstanın Serbiyadakı səfirliyi yerli səlahiyyətli orqanlarla birlikdə baş vermiş hadisənin bütün təfərrüatlarını araşdırır və həlak olan şəxsin yaxınlarına konsulluq-hüquqi dəstək göstərir.
QAZİLER.AZ

