İtaliyanın Siciliya bölgəsinin Messina şəhərində xilasedicilər üçmərtəbəli binanın uçması nəticəsində itkin düşmüş altı nəfəri axtarırlar.
Qaziler.az TASS-a istinadən xəbər verir ki, fövqəladə halın səbəbi araşdırılır.
Bu barədə yanğınsöndürənlər qrupunun komandiri Mikele Burjo məlumat verib, onun sözlərini ANSA agentliyi sitat gətirib.
Hazırda altı nəfər itkin düşmüş hesab olunur, biz onların axtarışı ilə məşğuluq və sağ tapacağımıza ümid edirik, — deyə o bildirib.
Üçmərtəbəli bina cümə axşamı günü uçub.
Üç nəfər xəsarət alıb və xəstəxanaya çatdırılıb, lakin onların həyatı üçün təhlükə yoxdur. Birinci və ikinci mərtəbələrində mağazalar yerləşən binada təmir-bərpa işləri aparılırmış.
Uçqunun səbəbləri araşdırılır. Burjonun sözlərinə görə, hadisə qaz partlayışı nəticəsində baş verə bilər, həmçinin daşıyıcı konstruksiyaların uçması da mümkündür.
QAZİLER.AZ

