Ukrayna prezidenti Vladimir Zelenski amerikalı lider Donald Trampı Ukrayna Silahlı Qüvvələri üçün "Starlink" sistemindən Rusiya ərazisində istifadə etmək icazəsinə nail olmağa çağırıb.
"RBC-Ukrayna"nın "The Atlantic" nəşrinə istinadən verdiyi məlumata görə, Ukrayna lideri bu xahişi ilk dəfə iyulun 28-də Ağ Evdə baş tutan görüş zamanı səsləndirib.
Lakin indiyədək bu barədə heç nə məlum deyildi.
Zelenski Trampa izah edib ki, müdafiə qüvvələrinə düşmənin ballistik raketlərinin buraxılış qurğularını məhv etmək üçün "Starlink" sistemindən Rusiya ərazisində istifadə icazəsi lazımdır.
Ukrayna prezidentinin fikrincə, məhz Ağ Ev rəhbəri milyarder və "SpaceX" şirkətinin sahibi İlon Maskla bu məsələni tez bir zamanda həll edə bilər. Hazırda Ukrayna Silahlı Qüvvələri "Starlink" sistemindən yalnız öz ərazisində, xüsusən də Krımda və Rusiyanın işğal etdiyi digər bölgələrdə istifadə edə bilir.
QAZİLER.AZ

