25 minə yaxın miqrant könüllü olaraq Mərakeşə qayıdıb

25 minə yaxın miqrant könüllü olaraq  Mərakeşə qayıdıb backend

Afrikanın şimal sahilində yerləşən İspaniyanın muxtar Seuta şəhərinə qanunsuz yollarla gələn 25 minə yaxın miqrant könüllü olaraq Mərakeşə qayıdıb.

Qaziler.az xəbər verir ki, bu barədə "El Pais" qəzeti ölkənin Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.

Qəzetin məlumatına görə, nazirlik ümumilikdə şəhərə 50 min nəfərin daxil olduğunu bildirir. Bununla belə, Seuta yerli hakimiyyət orqanları şəhərə gələn miqrantların sayının 60 min olduğunu bəyan etmişdilər.

QAZİLER.AZ