Hindistan qarşıdan gələn BRİKS sammitində iştirak etmək üçün Rusiyaya rəsmi dəvət göndərib.
Qaziler.az xəbər verir ki, bu barədə TASS agentliyinə respublika hökumətindəki mənbə məlumat verib.
"Rusiyaya BRİKS sammitinə dəvət məktubu göndərilib", — deyə informasiya agentliyinin həmsöhbəti bildirib.
XVIII BRİKS sammiti 12–13 sentyabr 2026-cı il tarixlərində Yeni Dehlidə keçiriləcək. Hindistan bu il təşkilata sədrlik edir. Tədbirin əsas mövzusu "Dayanıqlılığın, innovasiyaların, əməkdaşlığın və davamlı inkişafın gücləndirilməsi" olacaq.
QAZİLER.AZ

