Koreya yarımadasında müharibənin başlaması an məsələsidir - Pxenyan

Koreya yarımadasında müharibənin başlaması an məsələsidir - Pxenyan backend

Yaponiyadakı ABŞ qoşunlarının qərargah heyətinin sayının artırılması Koreya yarımadasında silahlı münaqişəni yaxınlaşdırır və onun başlanmasını sadəcə zaman məsələsinə çevirir.

Qaziler.az xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi (KMTA) məlumat yayıb.

"Yaponiyadakı ABŞ qoşunlarının komandanlığı regiondakı ABŞ qoşunlarının və peyk dövlətlərin silahlı qüvvələrinin tabe olduğu real müharibə komandanlığına çevrilir", — deyə məlumatda bildirilin.

Materialda iddia olunur ki, ABŞ tərəfi bu yolla Yaponiya Özünümüdafiə Qüvvələrini münaqişəyə hazırlayır.

Agentlik xatırladıb ki, iyulun 26-da Yaponiyadakı ABŞ qoşunlarının komandanı general-leytenant Stiven Yost qərargah əməkdaşlarının sayının 215 nəfərə çatdırılacağını bəyan edib. Onun sözlərinə görə, bu addım komandanlıq funksiyalarını gücləndirmək və ABŞ-ın müttəfiqləri ilə koordinasiyanı yaxşılaşdırmaq məqsədi daşıyır.

QAZİLER.AZ