Mərakeşdən olan təxminən 60 min qanunsuz miqrant bir sutka ərzində İspaniyanın Seuta şəhərinə sızıb.
Qaziler.az xəbər verir ki, bu barədə şəhərin rəhbəri Xuan Xesus Vivas Lara bəyan edib.
"Hesablamalara görə, şəhərimizə təxminən 60 min insan daxil olub. Bu, Seuta əhalisinin təxminən 70%-ni təşkil edir", — deyə o bildirib.
Seuta hakimiyyəti miqrant axınının öhdəsindən gələ bilmir — İspaniya ordunu səfərbər etmək məcburiyyətində qalıb. Vəziyyət artıq Madrid ilə Roma arasında diplomatik münaqişəyə səbəb olub: İtaliya İspaniyanı Şengen zonasından çıxarmaqla hədələyib.
QAZİLER.AZ

