AK miqrant böhranına görə İspaniya üçün hərəkətə keçdi

AK miqrant böhranına görə İspaniya üçün hərəkətə keçdi backend

Avropa Komissiyası (AK) İspaniyanın Seuta anklavında yaranan yeni miqrasiya böhranı ilə əlaqədar Avropanın sərhəd nəzarəti agentliyi "Frontex" vasitəsilə bu ölkəyə yarım göstərməyə hazırdır.

Qaziler.az xəbər verir ki, bu barədə daxili işlər üzrə avrokomissar Maqnus Brunner məlumat verib.

"Biz İspaniya Daxili İşlər Nazirliyinə 'Frontex' vasitəsilə dəstək verməyə hazır olduğumuzu bildirdik", — deyə o, "X" sosial şəbəkəsində yazıb. Brunner həmçinin qeyd edib ki, AK "Seutada yaranmış vəziyyətlə bağlı müvafiq ölkələrin rəsmiləri ilə təmasdadır".

O əlavə edib ki, Avropa Komissiyası Mərakeş rəsmiləri ilə miqrantların nəzarətsiz kütləvi hərəkətinin qarşısının alınması zərurətini müzakirə edir.

İspaniya Mülki Qvardiyasının təxminlərinə görə, iyulun 30-da Mərakeşdən Seuta muxtar şəhərinə təxminən 40 min insan qanunsuz yolla daxil ola bilib.

QAZİLER.AZ