Rusiya Mərakeşdən benzin idxal etməyə başlayıb

Rusiya Mərakeşdən benzin idxal etməyə başlayıb backend

Rusiyanın Mərakeşdən idxal etdiyi təxminən 30 000 ton həcmində "Ai-92" markalı benzindən ibarət dəniz partiyasını qəbul etdiyini sahədəki iki mənbə "Reuters" agentliyinə bildirib.

Rusiya Mərakeşdən idxal edilən təxminən 30.000 ton Aİ-92 benzini dəniz yolu ilə alıb.

Qaziler.az xəbər verir ki, bu barədə iki mənbə “Reuters”ə bildirib.

Mənbələrin verdiyi məlumata görə, Panama bayrağı altında üzən tanker iyulun ortalarında Mərakeşin Tanjer limanında yanacaq partiyasını yükləyib və hazırda Arktika limanı olan Murmanskda boşaldılır.

"Reuters"in mənbələri yanacağın tədarükçüsünün "Lukoyl" şirkəti olduğunu dəqiqləşdiriblər.

Agentlik qeyd edir ki, Mərakeş benzini yəqin ki, artıq Sankt-Peterburq Beynəlxalq Əmtəə və Xammal Birjasında satışa çıxarılıb. Alıcılara Kola stansiyasından (Murmansk limanı) dəmir yolu nəqliyyatı ilə çatdırılmaqla "Ai-92" markalı benzin təklif olunur.

Mərakeş, Ukraynanın neft emalı zavodlarına endirdiyi və ölkədə yanacaq istehsalını son iyirmi ilin minimumuna endirən zərbələrindən sonra Rusiyanın benzin almağa başladığı üçüncü ölkə olub.

QAZİLER.AZ