İspaniyada miqrasiya böhranı: Baş nazir “xalq düşməni” adlandırıldı

İspaniyada miqrasiya böhranı:  Baş nazir “xalq düşməni” adlandırıldı backend

İspaniyanın ifrat sağçı "Voks" partiyasının lideri Santyaqo Abaskal Seutadakı miqrasiya böhranı fonunda ölkənin baş naziri Pedro Sançesi kəskin tənqid edib.

Qaziler.az xəbər verir ki, bu barədə "Sky News" məlumat yayıb.

Abaskal Sançesi "ispan xalqının düşməni kimi hərəkət edən xain" adlandırıb. O, mövcud hökuməti "devirməyə" və baş naziri "müttəhimlər kürsüsünə" oturtmağa çağırıb.

Bir sutka ərzində 50 minə yaxın miqrant Mərakeşdən İspaniyanın Seuta şəhərinin sərhədini keçərək içəri sızıb. İnsanlar Şimali Afrikadan İspaniya anklavına daxil olmaq üçün piyada gedir və dəniz vasitəsilə üzürlər.

Yerli hakimiyyət orqanları miqrant axınının öhdəsindən gələ bilmir. Nəticədə İspaniya ordunu səfərbər etmək məcburiyyətində qalıb. Vəziyyət artıq Madrid ilə Roma arasında diplomatik münaqişəyə səbəb olub: İtaliya İspaniyanı Şengen zonasından çıxarmaqla hədələyib.

Seuta coğrafi mövqeyinə görə daimi olaraq miqrasiya problemi ilə üzləşən İspaniyanın muxtar şəhəridir. Belə ki, 2021-ci ildə bir neçə gün ərzində sərhədi əksəriyyəti Mərakeş vətəndaşı olan təxminən 10 min insan keçmişdi. Afrikadan gələn miqrasiya axınına nəzarət etmək üçün şəhərdə Mərakeşlə sərhəd boyu tikanlı məftillərlə ucaldılmış hündür çəpər çəkilib.

QAZİLER.AZ