İsrail Qəzza ilə bağlı 15 bəndlik planı qəbul etməyib

İsrail Qəzza ilə bağlı 15 bəndlik planı qəbul etməyib backend

İsrail Qəzza bölgəsindəki münaqişənin nizamlanmasına dair 15 bəndlik planla bağlı etirazlarını ABŞ-nin xüsusi elçisi Toni Bleyrə təqdim edib. 

Qaziler.az “RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə İsrail Baş nazirinin mətbuat xidməti məlumat yayıb.

İsrail tərəfi istənilən proses üçün ilkin şərt kimi Fələstinin HƏMAS hərəkatının tamamilə tərksilah olunmasını, o cümlədən silahların Qəzzadan çıxarılmasını və bölgənin tam demilitarizasiyasını (hərbisizləşdirilməsini) tələb edib.

"Müzakirə olunan 15 bəndlik sənəddə bu tələblərə kifayət qədər cavab verilməyib. İsrail bununla bağlı öz etirazlarını xüsusi elçi Toni Bleyrə çatdırıb", – deyə məlumatda qeyd olunur.

Bundan əlavə, vurğulanır ki, İsrail hərəkat tərksilah olunmayana və bölgə demilitarizasiya edilməyənədək öz qoşunlarını Qəzza bölməsindəki "sarı xətt"dən geri çəkməyəcək.

QAZİLER.AZ