Fransada meşə yanğınları ilə əlaqədar 275 nəfər həbs edilib - VİDEO

Fransada meşə yanğınları ilə əlaqədar 275 nəfər həbs edilib - VİDEO backend

Fransada meşə yanğınlarında iştirak etməkdə şübhəli bilinən 275 nəfər saxlanılıb.

Qaziler.az bildirir ki, bu barədə 30 iyulda daxili işlər naziri Loran Nunyes məlumat verib.

“On yanğından doqquzunun insan "fəaliyyətindən" qaynaqlandığı bir vaxtda, daxili işlər naziri Loran Nunyes yanğınların törədilməsində əli olan şəxslərə qarşı sərt mövqe nümayiş etdirib.

Cümə axşamı keçirilən brifinqində o bəyan edib: «Mən çox qətiyyətli bir çağırış edirəm. Biz 275 nəfəri saxlamışıq»”, — deyə nazirin sözlərini Fransanın “CNews” telekanalı yayıb.

“İzvestiya” qəzetinin müxbiri Eduard Novikovun əlavə etdiyi kimi, ötən gecə Fontenblo meşəsində ikinci yanğın alovlanması baş verib. 100-ə yaxın yanğınsöndürən gecə gec saatlara qədər alovla mübarizə aparıb və səhərə yaxın yanğını lokallaşdırmağa nail olublar. Yanğının sahəsi təxminən 6 hektar təşkil edib.

Bununla bərabər, Fontenblo Fransada aktiv olan təxminən 30 təbii yanğın ocağından yalnız biridir.

Ən mürəkkəb vəziyyət ölkənin cənub-qərbindəki Jironda departamentində qalmaqdadır; burada alov təxminən 42 min hektar meşə sahəsini məhv edib, hakimiyyət orqanları isə 200 mindən çox insanı təxliyə edib.


QAZİLER.AZ