Fransada bu mövsüm ilk dəfə olaraq çikunqunya qızdırmasına yoluxma halı aşkar edilib.
Qaziler.az bildirir ki, bu barədə "20 Minutes" nəşri məlumat yayıb.
Məlumdur ki, ölkənin cənubundakı Tarn departamentində qeydə alınan yoluxma xaricdən gəlmə deyil, məhz yerli xarakter daşıyır. Çikunqunyaya ilk yerli yoluxma halı o deməkdir ki, qızdırma artıq materik Fransasının daxilində yayılmağa başlayıb.
Bundan başqa, Buş-dü-Ron departamentində Qərbi Nil virusuna daha bir yoluxma halı qeydə alınıb — ilk belə hal iyulun ortalarında Şərqi Pireney departamentində aşkarlanmışdı. Bu, ağcaqanadlar tərəfindən daşınan bir arbovirusdur. Ondan əsasən quşlar zərər çəkir, lakin o, insanı da yoluxdura bilər.
Həmçinin ötən həftə Tarn və Ero departamentlərində denge qızdırması virusunun yerli ötürülməsinin iki müstəqil halı aşkar edilib.
Bu xəstəliklərin yayılması, bu infeksiyaların daşıyıcısı olan pələng ağcaqanadının (Aedes albopictus) yaşayış mühitinin aktiv şəkildə genişlənməsi ilə əlaqədardır.
QAZİLER.AZ

