Milyarder Netanyahu ilə şam yeməyinə görə xəyanətdə ittiham olunur

Milyarder Netanyahu ilə şam yeməyinə görə xəyanətdə ittiham olunur backend

Livanlı milyarder Sahnavi Netanyahu ilə birlikdə şam yeməyinə görə dövlətə xəyanət ittihamı ilə üzləşib.

Livanlı milyarder Antuan Sahnaviyə İsrailin baş naziri Benyamin Netanyahu ilə şam yeməyinə görə dövlətə xəyanət ittihamı irəli sürülə bilər.

Qaziler.az bildirir ki, bu barədə "Naharnet" portalı məlumat yayıb.

“Prokuror Əhməd Rami 'İsrail düşməni ilə sövdələşmə və Livanın İsraili boykot etmək haqqında qanununu pozma ittihamı' ilə Sahnavinin 30 günlük axtarışı barədə order verib”, - məlumatda deyilir.

Livan qanunvericiliyinə əsasən, aprel ayında ölkələrin ABŞ-ın vasitəçiliyi ilə birbaşa danışıqlara başlamasına baxmayaraq, İsrail ilə təmaslar cinayət məsuliyyəti yaradır. Axtarışa verilən Sahnavi Livan-İsrail münasibətlərinin normallaşmasının qəti tərəfdarı hesab olunur.

QAZİLER.AZ