Britaniyada fövqəladə vəziyyət elan olundu – Meşə yanğını AES-ə yaxınlaşır

Britaniyada fövqəladə vəziyyət elan olundu –  Meşə yanğını AES-ə yaxınlaşır backend

Böyük Britaniyadakı "Sayzvel" (Sizewell) atom elektrik stansiyası, ona 6,4 km məsafəyə qədər yaxınlaşan meşə yanğını səbəbindən yüksək hazırlıq vəziyyətinə gətirilib.

Qaziler.az xəbər verir ki, bu barədə “The Times” nəşri yazır.

İrihəcmli yanğın çərşənbə günü İngiltərənin şərqindəki Suffolk qraflığında başlayıb və Danviç-Hitdəki sahili əhatə edən, təxminən 14 futbol meydançası böyüklüyündə olan otluq və kolluq ərazini ağuşuna alıb. Yanğının "miqyası və mürəkkəbliyi" ilə əlaqədar bu səhər ərazidə fövqəladə vəziyyət rejimi elan olunub.

Ehtiyat tədbiri olaraq yaxınlıqdakı evlərin sakinləri və kempinqdəki 200-ə yaxın treyler (karvan) təxliyə edilib. Suffolk Yanğın-Xilasetmə Xidmətinin məlumatına görə, xəsarət alan yoxdur.

Səlahiyyətli orqanlar ilkin olaraq AES üçün "hazırda heç bir təhlükənin" olmadığını bildirsələr də, sonradan stansiya yüksək yanğın həyəcanı səviyyəsinə keçirilib. Narahatlığa səbəb küləyin istiqamətini dəyişərək tüstünü stansiyaya doğru yönəltmə ehtimalıdır.

QAZİLER.AZ