ABŞ Çindən humanoid robotların idxalını qadağan etdi

ABŞ Çindən humanoid robotların idxalını  qadağan etdi backend

Birləşmiş Ştatların Federal Rabitə Komissiyası (FCC) Çindən yeni insanabənzər (humanoid) və dördayaqlı robotların idxalını qadağan edib.

Qaziler.az xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, qərar ölkədə süni intellektin (AI) inkişafını milli təhlükəsizlik təhdidlərindən qorumaq və mühüm perspektivli istehsal sahələrini yenidən ABŞ-yə qaytarmaq zərurəti ilə əsaslandırılıb.

Bundan əlavə, artıq Ştatlara bərpa olunan enerji mənbələrini və akkumulyatorları məlumatların emalı mərkəzlərinin (data mərkəzləri) şəbəkələrinə və avadanlıqlarına qoşmağa imkan verən güc invertorlarının gətirilməsi də qadağandır. Bu tədbirlər yalnız tənzimləyicinin sertifikatından hələ keçməmiş robot və invertor modellərinə şamil olunur. Bununla belə, FCC artıq Birləşmiş Ştatlarda alınmasına icazə verilmiş modellərin də satış icazələrini ləğv edə bilər.

Agentlik qeyd edir ki, Ağ Ev rəhbərinin administrasiyası bu yolla Amerikanın süni intellekt tədarük zəncirini "Çin təhdidləri"ndən — fəaliyyətdəki kəsintilərdən, məlumat oğurluğundan və kiberhücumlardan qorumağa çalışır. Eyni zamanda, hakimiyyət orqanları şirkətləri istehsalı ABŞ ərazisinə köçürməyə sövq edir.

QAZİLER.AZ