Ermənistan Rusiya ilə dialoqu dayandırmaq niyyətində deyil və yaranmış fikir ayrılıqlarını danışıqlar yolu ilə həll etməyə sadiqdir.
Qaziler.az xəbər verir ki, bu barədə respublikanın Baş naziri Nikol Paşinyan jurnalistlərə açıqlamasında bildirib.
"Biz Rusiya ilə dialoqu, tərəfdaşlıq müzakirələrini dayandırmaq niyyətində deyilik. Bu, ən yanlış yol olardı. Biz bu yolla getməyəcəyik", – deyə Paşinyan qeyd edib.
O əlavə edib ki, Rusiya Federasiyası tərəfindən tətbiq edilən məhdudiyyətlər səbəbindən Ermənistanda yaranmış vəziyyəti böhranlı hesab etmir. Paşinyan vurğulayıb ki, Ermənistan hökuməti bu vəziyyətdə ölkə iqtisadiyyatının diversifikasiyası (şaxələndirilməsi) üçün bir imkan görür.
QAZİLER.AZ

