İran ABŞ-nin 3 ədəd F-35 qırıcısını məhv edib

İran ABŞ-nin 3 ədəd F-35 qırıcısını məhv edib backend

İran hərbçiləri ABŞ-nin iyulun 30-na keçən gecə İslam Respublikasına etdiyi hücumlara cavab olaraq, İordaniyadakı "Əl-Əzrək" ABŞ hərbi bazasına ballistik raketlərlə zərbələr endirib.

Qaziler.azPress TV” xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, zərbələr nəticəsində üç ədəd F-35 təyyarəsi tamamilə məhv edilib, daha üç hava gəmisinə isə ciddi ziyan dəyib. Bundan əlavə, bir neçə ABŞ hərbi qulluqçusu, texniki və xidməti heyətin əməkdaşları ölümcül xəsarətlər alıblar.

Həmçinin iyulun 29-na keçən gecə SEPAH-ın ABŞ-nin İordaniyadakı aviasiya bazasına hücum etdiyi məlum olub.

Bu hücumdan sonra ABŞ Prezidenti bəyan edib ki, ABŞ Silahlı Qüvvələri hərbçilərinin atəşə tutulmasına cavab olaraq İrana yeni zərbələr endirəcək.

QAZİLER.AZ