Meksikadan qayıdan turistlərdə ağır ishal yaradan parazit tapıldı

Meksikadan qayıdan turistlərdə ağır ishal yaradan  parazit tapıldı backend

Böyük Britaniyada ağır formalı ishala səbəb olan "Cyclospora" parazitinə yoluxma hallarında kəskin artım qeydə alınıb.

Qaziler.az xəbər verir ki, “Daily Mail” nəşrinin Böyük Britaniyanın Səhiyyə Təhlükəsizliyi Agentliyinin (UKHSA) məlumatlarına istinadən verdiyi xəbərə görə, yoluxma hallarının yarısından çoxu infeksiyanın geniş yayıldığı Meksikaya edilən səyahətlərlə bağlıdır.

Aprelin 30-dan iyulun 15-dək İngiltərə, Uels və Şotlandiyada 67 siklosporiyaz (cyclosporiasis) halı qeydə alınıb, halbuki bu xəstəlik üzrə ortamilli illik göstərici 93 hal təşkil edir. Eyni zamanda, xəstələnən şəxslərdən 48-i Meksikadan qayıtdıqdan sonra simptomlardan şikayət edib, bir nəfər xəstəlikdən əvvəl ABŞ-yə, digəri isə Keniyaya səfər edib. ABŞ-nin Xəstəliklərə Nəzarət və Profilaktikası Mərkəzlərinin (CDC) məlumatına görə, orada artıq 7 minə yaxın yoluxma halı təsdiqlənib.

Britaniyadakı yoluxma hallarının əksəriyyəti minlərlə britaniyalı turist arasında populyar olan Riviera-Maya və Kankun bölgələrindəki "hər şey daxil" (all-inclusive) sistemli otellərdə dincələnlərlə bağlıdır. Yoluxma ən çox təzə qidalar — göyərti, bitkilər və giləmeyvələr vasitəsilə baş verir.

QAZİLER.AZ