İsrailin Baş naziri Benyamin Netanyahu Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) həbs orderinə əsasən onun saxlanılmasını tələb edən Nyu-York meri Zöhran Məmdaninin çağırışlarına baxmayaraq, sentyabr ayında Nyu-Yorka gəlmək niyyətində olduğunu bəyan edib.
Qaziler.az xəbər verir ki, bu barədə o, “Fox News” telekanalına verdiyi müsahibədə deyib.
"Bilirsiniz, bizim xüsusi təyinatlı qüvvələrimiz var. Mən özüm orada beş il xidmət etmişəm. Gəlin onlara (İsrail xüsusi təyinatlılarına) yeni bir tapşırıq verək. Hər şeydən əvvəl, mən Nyu-Yorka gedirəm. Nyu-Yorkluları bir-birinə qarşı qaldıran və nifrət yayan bu seçilmiş vəzifəli şəxsin qarşısında həqiqətləri deyəcəm", – deyə Netanyahu bildirib.
Qeyd edək ki, Nyu-York meri Zöhran Məmdani BMT Baş Assambleyasının iclası zamanı İsrailin Baş naziri Benyamin Netanyahunu həbs etmək imkanlarını hüquqşünaslarla müzakirə etdiyini açıqlamışdı.
QAZİLER.AZ

