İran Küveytə zərbə endirdi: Çin şirkətinin obyekti vuruldu

İran Küveytə zərbə endirdi:  Çin şirkətinin obyekti vuruldu backend

İranın pilotsuz uçuş aparatı (PUA) Küveytin şimalında Çin şirkətinə məxsus obyektə hücum edib.

Qaziler.az xəbər verir ki, bu barədə əmirliyin Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi polkovnik Səud əl-Atvan "X" sosial şəbəkəsində məlumat verib.

Onun sözlərinə görə, zərbə nəticəsində bir nəfər ağır yaralanıb və onun həyatını xilas etmək mümkün olmayıb. Bundan əlavə, müəssisəyə ciddi maddi ziyan dəyib.

Əl-Atvan əlavə edib ki, səlahiyyətli orqanlar təcili olaraq zərbənin nəticələrinin aradan qaldırılmasına başlayıblar.

QAZİLER.AZ