Ukraynanın kütləvi atəşə tutulması nəticəsində Dnepropetrovsk vilayətinin Krivoy Roq rayonunda çoxuşaqlı ailə həlak olub.
Qaziler.az xəbər verir ki, bu barədə Krivoy Roq hərbi administrasiyasının rəhbəri Aleksandr Vilkul "Telegram"da məlumat yayıb.
Onun sözlərinə görə, Rusiyanın Voronej vilayəti ərazisindən atılmış "İsgəndər-M" ballistik raketi Raduşnoye qəsəbəsindəki fərdi evə düşüb.
Zərbə nəticəsində altı nəfər - dörd böyük, 5 və 12 yaşlı iki uşaq (qızlar - red.) həlak olub.
Daha səkkiz nəfər yaralanıb, onların arasında iki uşaq - 6 və 15 yaşlı oğlanlar var.

