Putin generalı işdən çıxardı

Putin generalı işdən çıxardı backend

Rusiya Prezidenti Vladimir Putin Daxili İşlər Nazirliyinin İqtisadi təhlükəsizlik və anti-korrupsiya şöbəsinin müdiri general-mayor Dmitri Mironovun vəzifəsindən azad olunması barədə sərəncam imzalayıb.

Axar.az xəbər verir ki, Mironovun yerinə general-mayor Andrey Kurnosenko təyin olunub.

Kurnosenko buna qədər daxili işlər nazirinin müavini vəzifəsində çalışıb.

Qeyd edək ki, Mironov bu posta 2014-cü ilin mayında təyin edilmişdi.