Nadir yırtıcının populyasiyasını bərpa etmək üçün Rusiyanın Qazaxıstana təhvil verdiyi iki yetkin Amur pələngi yaxın bir ay ərzində vəhşi təbiətə buraxıla bilər.
Qaziler.az bildirir ki, bu barədə 29 iyul Beynəlxalq Pələng Günündə Qazaxıstanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən "Kazinform" agentliyi məlumat yayıb.
"Rusiyadan 'İle-Balxaş' dövlət təbiət qoruğuna gətirilən yetkin Amur pələnglərinin artıq yaxın bir ay ərzində vəhşi təbiətə buraxılması planlaşdırılır", – deyə məlumatda bildirilir.
Mütəxəssislər onların müstəqil şəkildə qida əldə etmək bacarıqlarını qiymətləndirir, həmçinin pələnglərin insan iştirakına olan reaksiyasını yoxlayırlar. Qeyd olunur ki, hər iki yetkin pələng yaxşı fiziki formadadır və vəhşi heyvanlara xas davranış nümayiş etdirirlər. İnsanlar yaxınlaşdıqda onlar məsafə saxlamağa çalışır və aqressiya göstərmirlər. Vahşi təbiətə buraxılmazdan əvvəl onlar daha bir neçə yekun testdən keçməlidirlər.
QAZİLER.AZ

