ABŞ Prezidenti Donald Tramp Kiyevə Ukrayna ərazisində "Patriot" sistemləri üçün raket-batareyaların (tutucu raketlərin) istehsalı üçün lisenziya verilməsinə razılaşıb.
Qaziler.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "Fox News" telekanalına bildirib. Zelenskinin sözlərinə görə, bu, ölkənin ABŞ-nin ehtiyatlarından asılılığını azaltmağa imkan verəcək.
"Prezident Tramp ilə çox yaxşı bir görüşümüz oldu. O, bizə lisenziyaların verilməsinə razılıq verdi", — deyə Zelenski bəyan edib.
Ağ Ev hələlik bu razılaşmaları rəsmi olaraq təsdiqləməyib. Bundan əvvəl tərəflər belə bir imkanı NATO-nun Türkiyədəki sammiti çərçivəsində müzakirə etmişdilər.
"Düşünürəm ki, biz bu sövdələşməni bağlayacağıq. Biz sizə 'Patriot' istehsalı üçün lisenziya verəcəyik", — deyə Tramp Zelenski ilə keçirdiyi görüşdən sonra bildirmişdi.
"Patriot" tutucu raketləri Rusiyanın ballistik raketlərindən qorunmaq və enerji infrastrukturuna endirilən zərbələrin qarşısını almaq üçün kritik dərəcədə vacib hesab olunur. Zelenskinin sözlərinə görə, Ukraynada bu növ raketlərin ehtiyatları kritik dərəcədə aşağı səviyyədədir. "Patriot" raket-batareyalarının istehsalı hazırda məhduddur.
QAZİLER.AZ

