Ukrayna Rusiyanın Permdəki nəhəng neft emalı zavodunu vurdu - VİDEO

Ukrayna Rusiyanın Permdəki nəhəng neft emalı zavodunu vurdu - VİDEO backend

Ukrayna Silahlı Qüvvələri iyulun 29-u səhər saatlarında Perm şəhərinə hücum edib. Qubernator Dmitri Maxoninin sözlərinə görə, hücum sənaye müəssisəsini hədəf alıb, bir neçə PUA yaxınlaşarkən vurulub və xəsarət alan olmayıb.

Qaziler.az xəbər verir ki, "Astra" nəşri müəyyən edib ki, hücum nəticəsində "Lukoyl-Permnefteorqsintez" neft emalı zavodu (NEZ) vurulub.

Müəssisədə qara tüstünün qalxdığı yanğın videosunu Ukraynanın monitorinq kanalları dərc edib. Ehtimallara görə, zavodun "AVT-5" neft emalı qurğusu zədələnib.

Permdəki NEZ-ə endirilən zərbəni Ukrayna Prezidenti Volodimir Zelenski də təsdiqləyib, bu və digər hücumları uzaqmənzilli sanksiyaların davamı adlandırıb.

"Rusiya hiss etməlidir ki, bu müharibənin hər günü onun üçün getdikcə daha baha başa gələcək", — deyə o vurğulayıb.

"Permnefteorqsintez" Rusiyanın ən böyük 10 neft emalı zavodu sırasına daxildir və Nijni Novqoroddakı zavoddan sonra "Lukoyl"un gücünə görə ikinci müəssisəsidir. 2024-cü ildə zavod 12,6 milyon ton neft emal edib, o cümlədən 2 milyon ton avtomobil benzini və 5,3 milyon ton dizel yanacağı istehsal edib.

Müəssisəyə bundan əvvəlki hücum mayın 7-də baş vermişdi. "Reuters" mənbələrinin verdiyi məlumata görə, həmin hücumdan sonra "PermNOS" neft məhsullarının istehsalını tamamilə dayandırmışdı.

QAZİLER.AZ