Sankt-Peterburqun “Qostinıy dvor” metro stansiyasının xidməti otağında tüstülənmə baş verib.
Qaziler.az xəbər verir ki, bu barədə Peterburq Metropoliteninin “Maks” platformasındakı kanalında məlumat verilib.
Məlumatda bildirilib ki, stansiya ərazisində yanma qoxusunun aşkar edilib. Hadisə yerinə dərhal metropolitenin qəza-xilasetmə xidmətinin mütəxəssisləri və Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları gəlib.
“Qostinıy dvor” və “Nevskiy prospekt” metro stansiyaları giriş və çıxış üçün bağlanıb.
QAZİLER.AZ

