Netanyahu Vaşinqtonda Zelenski ilə görüşməkdən imtina edib

Netanyahu Vaşinqtonda Zelenski ilə görüşməkdən  imtina edib backend

İsrailin Baş naziri Benyamin Netanyahu bu həftə Vaşinqtonda olduğu müddətdə Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşməkdən imtina edib.

Qaziler.az xəbər verir ki, bu barədə "Haaretz" qəzeti vəziyyətlə tanış olan mənbələrə istinadən məlumat yayıb.

Qəzetin həmsöhbəti qeyd edib ki, Zelenskinin ofisi görüş barədə razılığa gəlməyə çalışsa da, İsrail tərəfi sorğunu cavabsız qoyub.

Ukraynalı mənbə qəzetə bildirib ki, ilkin olaraq təşəbbüs İsrail tərəfindən gəlib. Zelenskinin ofisi razılıq verdikdən sonra, İsrail nümayəndələri iyulun 28-nə qədər əlaqəyə çıxmayıblar. Həmin gün İsrail rəsmiləri Netanyahunun Zelenski ilə görüş keçirə bilməyəcəyini bəyan ediblər. Səbəb kimi “vaxt qıtlığı” göstərilib.

QAZİLER.AZ