Ukrayna prezidenti Vladimir Zelenski ABŞ-da "Lockheed Martin" müdafiə şirkətinin komandası ilə görüşüb.
Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna Vladimir Zelenskinin açıqlamasına istinadən məlumat yayıb.
"Mən ABŞ-ın ən güclü şirkətlərindən biri olan və uzunmüddətli tərəfdaşlığımız olan Lockheed Martin müdafiə şirkətinin komandası ilə görüşdüm. Lockheed Martin ATACMS, HIMARS, F-16 və Patriot sistemi üçün raketlər istehsal edir", - Ukraynanın dövlət başçısı deyib.
Prezident bildirib ki, o, "Lockheed Martin" şirkəti ilə Ukrayna ilə əməkdaşlığın daha da inkişaf etdirilməsi, xüsusən də birgə istehsal və texnologiya mübadiləsi məsələlərini müzakirə edib.
"Ukraynanın həyatı qorumağa kömək edənlərlə bölüşəcəyi çox şey var. Biz Patriotlar və digər sistemlərlə bağlı ortaq imkanlarımızı müzakirə etdik", - Zelenski deyib.
QAZİLER.AZ

