Norveç sahillərində, Estfold dairəsinin Hvaler bələdiyyəsində kükürd turşusu daşıyan “Bergstraum” tankerində yanğın baş verib.
Qaziler.az bildirir ki, bu barədə iyulun 28-də Norveçin NRK yayım şirkəti məlumat yayıb.
Gəmidə alovun söndürülməsində müstəqil şəkildə iştirak edən 15 heyət üzvü var. Hazırki vaxta qədər xəsarət alanlar barədə məlumat daxil olmayıb. Fövqəladə hallar xidmətinin nümayəndələri ətrafa kimyəvi maddələrin sızması təhlükəsinin qeydə alınmadığını dəqiqləşdiriblər.
Hvaler bələdiyyəsinin rəhbəri Mona Voqer bildirib ki, yerli vaxtla saat 15:30 radələrində güclü partlayış baş verib. Onun sözlərinə görə, hazırda hadisənin miqyası barədə ümumi təsəvvür yoxdur. Hadisə yerinə Norveç və İsveçin xilasetmə bölmələri yönləndirilib. Mütəxəssislər partlayışın və ardınca baş verən yanğının səbəblərini araşdırırlar.
QAZİLER.AZ

