Ukrayna və ABŞ prezidentləri Volodimir Zelenski və Donald Tramp görüş zamanı "Patriot" ZRK-larının (zenit-raket kompleksi) istehsalını müzakirə ediblər, həmçinin danışıqlar xəttini canlandırıblar.
Qaziler.az bildirir ki, bu barədə "RBK-Ukrayna"ya məlumatlı mənbə bildirib.
"Görüş çox müsbət keçdi, 10-dan ən azı 8 bal vermək olar. Ən yüksək prioritet 'Patriot' istehsalı üçün lisenziyalardır, digər istiqamətlər üzərində də iş gedir. Danışıqlar xəttini canlandırmaq mümkün oldu", – deyə həmsöhbət qeyd edib.
Mənbənin sözlərinə görə, Trampın danışıqlar qrupunun üzvləri Stiv Uitkoff və Cared Kuşnerin səfəri potensial olaraq yaxın bir neçə həftə ərzində baş tuta bilər.
Ukrayna tərəfi onlarla birlikdə diplomatik nizamlanmanın yeni ideyalarını müzakirə edəcək.
QAZİLER.AZ

