Böyük Britaniya Ukraynaya hərbi yardımını artırır - Sobel

Böyük Britaniya Ukraynaya hərbi yardımını artırır - Sobel backend

Böyük Britaniya Ukraynaya hərbi yardımı artırır.

Qaziler.az bildirir ki, bu barədə İcmalar Palatasında Ukrayna üzrə parlament qrupunun sədri Aleks Sobel “İzvestiya” qəzetinə müsahibəsində bildirib.

“Böyük Britaniya ukraynalı həmkarlarımızın xahişlərinə hər zaman qulaq asır. Bu səfər də istisna deyil və biz texnologiya transferini, enerji dəstəyini və hərbi yardımı artırırıq”, – deyə deputat bildirib.

Onun sözlərinə görə, London Kiyevə “Stone Cloak” maneə yaradan generatorlarının (böyük ehtimalla, radioelektron mübarizə cihazları) lisenziyalarını ötürəcək ki, bu da Ukraynaya həmin cihazları böyük miqyasda istehsal etməyə imkan verəcək.

Daha əvvəl Böyük Britaniyanın baş naziri Endi Bernem bəyan etmişdi ki, Moskva Londonun Kiyevə dəstək məsələsindəki qətiyyətinə şübhə etməməlidir.

QAZİLER.AZ