Oman Fars körfəzində yerləşən regional ölkələrin iştirakı ilə Hörmüz boğazının idarə olunması üçün yeni mexanizm yaradılmasını İrana təklif edib. Məlumata əsasən, sistem könüllü tranzit və ya keçid haqları hesabına maliyyələşdiriləcək.
Qaziler.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi "Radio Farda" istinadla xəbər yayıb.
Adı açıqlanmayan mənbənin sözlərinə görə, təklif regional dövlətlər tərəfindən dəstəklənir və Hörmüz boğazı üzərində müstəsna nəzarəti İrana verməyəcək.
Bildirilir ki, layihə Malayziya və İndoneziyanın Malakka boğazını birgə idarə etməsi modelinə əsaslanır və naviqasiya, ətraf mühitin mühafizəsi, axtarış-xilasetmə işlərinin maliyyələşdirilməsini nəzərdə tutur.
İran rəsmiləri daha əvvəl Omanla Hörmüz boğazının idarə olunması barədə danışıqlar aparıldığını təsdiqləmişdilər. Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi isə hazırda İranın bu məsələ ilə bağlı yalnız Omanla danışıqlar apardığını bildirib.
QAZİLER.AZ

