ABŞ Avropadakı hərbi gücünü dəyişir

ABŞ Avropadakı hərbi gücünü dəyişir backend

Pentaqon ABŞ qoşunlarının Avropada yerləşdirilməsinə dair planı yenidən nəzərdən keçirməyə başlayıb. Bu addım regionun müdafiəsi üçün məsuliyyətin NATO üzvü olan Avropa ölkələrinə ötürülməsi prosesini sürətləndirməlidir.

Qaziler.az xəbər verir ki, bu barədə "X" sosial şəbəkəsində Pentaqonun baş strateqi Elbric Kolbi məlumat verib.

İyun ayında NATO müdafiə nazirlərinin Brüsseldə keçirilən görüşündə ABŞ-nin müdafiə naziri Pit Heqset bu barədə artıq elan etmişdi.

Kolbinin sözlərinə görə, söhbət Şimali Atlantika Alyansının öz müdafiəsi üçün əsas məsuliyyəti sürətlə Avropaya təhvil verməsinə nail olmaq məqsədi daşıyan tammiqyaslı yenidən baxılma prosesindən gedir.

Strateq əlavə edib ki, Amerika qoşunlarının Avropada yerləşdirilməsi Birləşmiş Ştatların 2025-ci il milli təhlükəsizlik strategiyasına və 2026-cı il milli müdafiə strategiyasına uyğun gəlməlidir.

QAZİLER.AZ