Biz Suriya probleminin həllini nəzərdə tutan Cenevrə danışıqlarına qoşulmağa hazırıq. Axar.az xəbər verir ki, bu sözləri Pekində səfərdə olan Suriya XİN rəhbəri Vəlid Müəllim deyib.
“Rəsmi Dəməşqə müxaliflərin siyahısı təqdim edildikdən sonra Cenevrə danışıqları üzrə Suriya hökumətinin nümayəndələri formalaşacaq. Lakin biz bu görüşün xarici müdaxilə olmadan keçirilməsinin tərəfdarıyıq”, - Müəllim bildirib.BMT-nin vasitəçiliyi ilə növbəti Cenevrə görüşünün 2016-cı ilin yanvarında keçirilməsi gözlənilir.