Yaponiyanın cənub-qərbindəki Kyuşu adasında yerləşən Kumamoto prefekturası ərazisində baş verən zəlzələ nəticəsində böyük bir ticarət mərkəzi və körpünün bir hissəsi uçub.
Qaziler.az xəbər verir ki, bu barədə "NHK" telekanalı məlumat yayıb.
Yerli polisin verdiyi məlumata görə, "Aeon Mall Kumamoto" ticarət mərkəzindən 200-dən çox insan təxliyə edilib. Hazırda xəsarət alanlar barədə məlumat yoxdur.
Bundan əlavə, Uyanaqi körpüsünün bir hissəsi zədələnərək Kuma çayına uçub. Qeyd olunur ki, həmin hissə velosiped və piyada yolu olub. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Qeyd edək ki, iyulun 28-də Yaponiyanın Kyuşu adasında 7,1 maqnitudalı zəlzələ baş verib. Ariake körfəzi və Yatsuşiro dənizi sahilləri üçün sunami təhlükəsi xəbərdarlığı edilib. Yatsuşiro Tibb Mərkəzinin məlumatına görə, zəlzələ nəticəsində 50-dən çox insan xəsarət alıb.
QAZİLER.AZ

