Meksika sahillərində 5,9 maqnitudalı zəlzələ baş verib.
Qaziler.az xəbər verir ki, bu barədə Milli Seysmoloji Mərkəz məlumat yayıb.
Qeyd olunur ki, seysmik hadisə yerli vaxtla bazar ertəsi saat 23:35-də (Bakı vaxtı ilə çərşənbə axşamı saat 09:35-də) Çyapas ştatının Syudad-Hidalqo şəhərindən 113 km cənub-qərbdə qeydə alınıb. Zəlzələnin ocağı 12 km-dən çox dərinlikdə yerləşib.
Xəsarət alanlar və ya dağıntılar barədə məlumat daxil olmayıb.
QAZİLER.AZ

