ABŞ Kiyevə 400 milyon dollarlıq yardımı təxirə salınır

ABŞ Kiyevə 400 milyon dollarlıq yardımı təxirə salınır backend

Vaşinqton administrasiyası Konqresə məlumat verib ki, ABŞ qanunvericiləri tərəfindən daha əvvəl təsdiqlənmiş 400 milyon dollar məbləğindəki hərbi yardımın Kiyevə ötürülməsini 2028-ci ilin oktyabrının əvvəlindən 2029-cu ilin sentyabrının sonuna qədər olan dövrdən tez başa çatdırmağı planlaşdırmır.

Qaziler.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Agentliyin mənbələrinin bildirdiyinə görə, Pentaqon may ayında Konqresə məktub göndərərək sözügedən vəsaitlərin xərclənməsi planlarını dəqiqləşdirib. Sənəddən bəlli olub ki, ABŞ administrasiyası bu yardımın ayrılmasını 2029-cu maliyyə ilində yekunlaşdırmağı nəzərdə tutur. ABŞ-də bu maliyyə ili 2029-cu ilin sentyabr ayının sonunda başa çatır. Qanuna əsasən, hazırkı ABŞ lideri Donald Trampın prezident vəzifəsindəki ikinci müddəti 2029-cu ilin yanvarında bitməlidir.

Nəşrdə qeyd olunur ki, ABŞ Konqresinin bəzi üzvləri yardımın çox ləng ötürüldüyünü hesab ediblər və bundan narazılıqlarını ifadə ediblər.

Materialda dəqiqləşdirilir ki, qeyd olunan yardım paketindən 200 milyon dolların Ukraynaya silah və sursat verilməsinə, təxminən 100 milyon dolların müxtəlif texnika və onun ehtiyat hissələrinə, daha 100 milyon dolların isə hərbi yüklərin daşınması xidmətlərinə xərclənməsi nəzərdə tutulur.

QAZİLER.AZ