“İraq İslam Müqaviməti”nin tərkibinə daxil olan iranyönümlü şiə qruplaşmaları, onlara qarşı hər hansı bir addım atılacağı təqdirdə Səudiyyə Ərəbistanını sərt cavabla hədələyiblər.
Qaziler.az xəbər verir ki, bu barədə şiə qruplaşmalarının "Telegram" kanalında yayımladığı bəyanatda deyilir.
“Biz, “İslam Müqaviməti” olaraq Səudiyyə rejiminə açıq şəkildə xəbərdarlıq edirik: atdığınız hər hansı ehtiyatsız hərəkət sizi hərəkətlərinizdən peşman edəcək sərt cavabla qarşılanacaq", - qeyd olunub.
İraqdakı İslam Müqaviməti, Krallığın Müdafiə Nazirliyinin onları günahlandırdığı Səudiyyə Ərəbistanının neft obyektlərinə hücum cəhdinə görə məsuliyyəti rədd edib.
Bəyanatda vurğulanır: “Bu əsassız bəyanatlar yəmənlilərin onların infrastrukturunun tam mərkəzinə endirdiyi ağrılı zərbələrə cavab verə bilməmələrinə bəraət qazandırmaq cəhdindən başqa bir şey deyil və bu, yəmənlilər tərəfindən növbəti cavabın necə olacağı qorxusundan irəli gəlir”.
QAZİLER.AZ

